Azərbaycanda Əmək Məcəlləsinin 169 maddəsinə dəyişiklik layihəsi hazırlanıb.
Teleqraf.com-un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi məqsədilə əmək qanunvericiliyi sahəsində bir sıra məqsədyönlü işlər aparılır: “Bu sırada 169 maddəyə dəyişikliyi ehtiva edən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” irihəcmli qanun layihəsinin hazırlandığını qeyd etmək mümkündür".