20 Noyabr 2014 12:40
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur "Caviar" şirkəti yeni zərgərlik kolleksiyasını təqdim edib.

Teleqraf.com xəbər verir ki, modellər arasında Azərbaycana həsr olunan iPhone 6 da var. "Caviar" brendi Apple iPhone modellərinin zərgərlik modifikasiyaları ilə məşhurdur.

Bu şirkət mobil aparatlarının hazırlanması üçün qızıl, brilyant, dəri, titan, nadir ağac növləri kimi bahalı materiallardan istifadə edir. Telefonların hamısı əl işidir.

"Caviar"ın Azərbaycana həsr olunmuş qızıl telefonunda ölkəmizin gerbi və xəritəsi əks olunub. Telefonun üzərində "Azerbaijan Land of Fire" cümləsi də yazılıb.

Qızıl smartfonun qiyməti 2754 avrodur. Smartfonun təqdimatı noyabrın sonunda Bakıda açılacaq "Caviar" butikində həyata keçiriləcək.

Rüstəm


Müəllif: