28 Yanvar 2022 12:36
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdan Şuşaya və Ağdama, eləcə də Əhmədbəylidən Ağdama və Şuşaya getmək istəyənlər üçün https://yolumuzqarabaga.az/ internet portalından onlayn şəkildə bilet almaq mümkündür.

Teleqraf.com xəbər verir ki, 29-30 yanvar tarixlərinə Şuşaya biletlər satılsa da, 31 dekabrda Şuşa səfərinizi gerçəkləşdirə bilərsiniz.

Bundan başqa, Əhmədbəyli→Şuşa→Əhmədbəyli, Bakı→Ağdam→Bakı, Bərdə→Ağdam→Bərdə reysləri üzrə də elektron qaydada bilet alaraq səfərlərinizi gerçəkləşdirmək mümkündür.

Eyni zamanda, fevral ayında da adıçəkilən reyslər üzrə onlayn bilet alaraq 30 illik Ağdam və Şuşanı görmək arzularınızı reallaşdıra bilərsiniz. Bakı→Şuşa→Bakı üzrə marşrutun qiyməti gediş-gəliş üzrə 20.80 AZN,

Əhmədbəyli→Şuşa→Əhmədbəyli üzrə 14 manat, Bakı→Ağdam→Bakı reysi üzrə 18 manat 80 qəpik, Bərdə→Ağdam→Bərdə reysi üzrə cəmi 10 manatdır.


Müəllif: Teleqraf.com