Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif məzmunlu fikirlər paylaşılır.
Teleqraf.com-un xəbərinə görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildiriblər ki, 52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib.
“Həmin etibarnamə avtomaşın sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol onun adına tərtib edillib. Bu məsələni siyasiləşdirmə cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır, onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır” – deyə məlumatda qeyd olunub.