2 Fevral 2022 14:19
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Bakı və ətraf bölgələrdə məzar yerlərinin yüksək qiymətə satılması məsələsi yenidən gündəmə gəlib. Təəssüf hissi ilə bildiririk ki, belə neqativ hadisələrlə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin adları da hallandırılır. Əvvəllər də dəfələrlə bildirdiyimiz kimi DQİDK-nın, nə də Qafqaz Müsəlmanları İdarəsinin balansında qəbiristanlıq yoxdur.

Bunu Teleqraf.com-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.

O qeyd edib ki, bu məsələlər DQİDK-nın və QMİ-nin səlahiyyətləri xaricindədir:

“Bütün bunlara baxmayaraq uzun illərdir ki, DQİDK və QMİ problemin həlli istiqamətində səy göstərir. Məzar yerlərinin sivil qaydalar çərçivəsində, standartlara uyğun, pulsuz ayrılması ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı ilə qaydalar da təsdiqlənib. Lakin qeyri-müəyyən səbəblərdən bu qaydalara hələ ki, əməl edən yoxdur”.

Komitə əməkdaşı xatırladıb ki, qəbiristanlıqlar bələdiyyələrin və İcra hakimiyyətlərinin balansındadır: “Bu mövzuda yazan və danışan şəxslərdən xahiş edirik ki, məzar yerlərini satanların ünvanlarını dəqiq göstərsinlər”.


Müəllif: Tapdıq Qurbanlı