20 Noyabr 2014 17:38
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.

Teleqraf.com-un məlumatına görə, növbəti belə qəbul noyabr ayının 20-də vergilər naziri Fazil Məmmədov tərəfindən Kürdəmir Olimpiya İdman Kompleksində Kürdəmir, Ucar və Zərdab rayonlarından olan vətəndaşlar üçün keçirilib. Müraciətlərin əsas hissəsi vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, pos-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlərlə bağlı olub. Bundan başqa, qəul zamanı əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər