7 May 2014 10:06
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Genetik Ehtiyatlar İnstitutunun (GEİ) və Dövlət Gömrük Komitəsinin (DGK) mütəxəssislərinin iştirakı ilə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda seminar keçirilib.

İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən redaksiyaya daxil olan məlumata görə, genetik modifikasiya olunmuş materialların gömrük ərazisinə keçirilməsi və gömrük ərazisindən aparılması qaydaları mövzusunda təşkil olunmuş seminarda Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov çıxış edib. Bildirib ki, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanununda genetik modifikasiya olunmuş (GMO) bitkilərin ölkəyə gətirilməsi qadağan olunub. Odur ki, qanunun icrası məqsədilə genetik modifikasiya olunmuş bitkilərin ölkəyə gətirilməsinin qarşısının alınmasında müvafiq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi olduqca əhəmiyyətlidir.

Sonda gömrük işçilərini maraqlandıran suallar cavablandırılıb və GMO-nun operativ təyini üzrə müzakirələr aparılıb. GMO-nun təyini və kadr hazırlığı üzrə əməkdaşlığın gücləndirilməsi razılaşdırılıb.

SEVİL


Müəllif: