5 Fevral 2022 10:34
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə COVID-19 virusuna qarşşı yerli istehsal olan "Türkovac" peyvəndinin paylanılmasına başlanılıb.

Teleqraf.com xəbər verir ki, Ankaradakı Xalq Sağlamlığı Ümumi Müdirliyi Peyvənd və Dərman Anbarına gətirilən peyvəndlər şəxsi avtomobillərlə 81 əyalətə paylanır.

Müsbət 2-8 dərəcə arasında saxlanma şəraiti tələb edən "Türkovac" inaktiv peyvənddir.

Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, 3-cü doza (buster) vaksinasiyada "Türkovac"dan istifadə olunacaq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər