5 Fevral 2022 12:37
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyada aparılan bir araşdırmaya görə, COVID-19-un Omikron mutasiyası olan xəstələrin Delta mutasiyası olan xəstələrlə müqayisədə xəstəxanaya yerləşdirilmə nisbəti 75 faiz daha azdır.

Teleqraf.com xəbər verir ki, araşdırmada Omikrona yoluxanların xəstəxanada qalma müddətinin daha qısa, ölüm riski daha aşağı olduğu məlum olub.

Bununla yanaşı, aparılan tədqiqatlar göstərib ki, Omikron daha yoluxucu olduğuna görə immunitet sistemi xəstəliyə tez təslim olur.

2021-ci ilin dekabr ayında Portuqaliyada yaşayan insanlar üzərində aparılan araşdırmada Omikronun immunitet sistemindən qaça bildiyi və buna görə də çox yoluxucu olduğu ifadə edilib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər