7 Fevral 2022 10:27
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük texnologiya festivalı "Texnofest-2022"nin mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, bu ilin 26-29 may tarixlərində ilk dəfə olaraq Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına dair mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Selcuk Bayrakdar festivalla bağlı məlumat verib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, “TEKNOFEST” Türkiyədə Sənaye və Texnologiya Nazirliyinin və T3 Vakfının birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir: "Festivalın keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat və ətraf mühitin qorunması kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

“Bakı Kristal Zalı” və Dənizkənarı Bulvar ərazisində keçiriləcək festival türk və azərbaycanlı pilotların təqdimatında aviaşou, yarış və müsabiqələrin möhtəşəm final mərhələləri, sərgilər, əyləncəli attraksionlar, Azərbaycan və Türkiyə aviatexnikasının nümayişi, “TAKE OFF” Azərbaycan startap sammiti, konsert proqramı və digər sürprizlərlə yadda qalacaq". Nazir bildirib ki, bu festival gənclərin elmə, texnologiyalara marağını artıracaq, əldə etdikləri bilik və bacarıqlarının praktik müstəvidə tətbiqi üçün böyük fürsət olacaq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər