7 Fevral 2022 10:46
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Texnofest" festivalı keçirdildiyi ikinci ildə bir milyondan çox iştirakçı sayı ilə dünyanın ikinci ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalı oldu. Düşündük ki, əgər Türkiyədən kənarda ilk "Texnofest" keçirəcəyiksə, bu, can Azərbaycanda olmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar "Texnofest-2022" festivalında deyib.

Çıxışında Qarabağ zəfərinə toxunan Bayraktar bildirib ki, bu gün Azərbaycan və Türkiyə tək millət olaraq Bakıda yan-yanadır: "Gənclərimizi "Texnofest" dünyada ən böyük texnologiya yarışma platformasına müraciət etməyə çağırıram. Komandalarınızı qurub, yarışmada iştirak etməyiniz gələcək üçün addımdır. Gəlin güclü Azərbaycanın qurulmasında siz də yer alın.

Dəyərli qardaşlarım, yüz illər əvvəldən başlayan ortaq tariximiz göstərir ki, bir-birimizdən ayrı qalanda hər zaman itirdik. Buna görə də, düşünürəm ki, çiyin-çiyinə verərək işləməyə davam etməliyik. Həyat bəzən bizi çətin mübarizəyə apara bilər. Dünən də, bu gün də, gələcək də bizə tikansız gül baxçası vəd etmir.

Əsas odur ki, yorulmadan mübarizəyə davam edək. Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq, bir daha enməz. Bu gün bayraqların əbədi dalğalanacağı gündür. Qardaşlığımızın möhkəmlənməsində rol alan Rəcəb Tayyib Ərdoğan, İlham Əliyevə ürəkdən təşəkkür edirəm. Bu festival millətimizə və çatdığı bütün coğrafiyaya uğurlu olsun".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər