7 Fevral 2022 11:23
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda hazırda tikinti quruculuq işləri gedir. Prezidentin tapşırıqlarından biri də budur ki, Qarabağ yaşıl zonaya keçirilsin. Texnologiyaların sınaqdan keçirilməsinin əsas məqsədlərindən biri də budur.

Teleqraf.com Xəbər verir ki, bunu Rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, festival gələcək illərdə Qarabağda təşkil oluna bilər: "Smart Qarabağ layihəsinin əsas qayəsi gənclərimizin yeni texnologiyalarla bir araya gəlib bu texnofestə iştirakını təmin etməkdir. Festivala dünyanın hər yerindən insanlar qatılacaq. Gələcək illərdə bu festivallar Qarabağda, Şuşada da keçirilə bilər".

“TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı ilə bağlı mətbuat konfrasında “TEKNOFEST” Müşahidə Şurasının sədri, Türkiyənin Texnologiya Komandası Vəqfinin ("T3 Vakf"ı) rəhbəri Səlcuq Bayraqdar əlavə edib ki, Prezident İlham Əliyev uyğun görərsə, bu festival Şuşada keçirilə bilər: "Biz Türkiyədə də fərqli bölgələrdə belə fərqli festivallları keçiririk. Bu, ev sahibi olan ölkənin rəhbərindən asılıdır. Çox şükür ki, bu gün qardaşlarımızla birlikdə "Teknofest"i ilk dəfə Türkiyədən kənarda, Azərbaycanda keçiririk".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər