Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Teleqraf.com FHN-in saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 63 yanğına çıxış, 2 nəqliyyat qəzası və 5 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 7 nəfər, o cümlədən Suraxanı rayonunda minik avtomobili və sərnişin avtobusunun toqquşması nəticəsində deformasiyaya uğrayan minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücü və 1 nəfər sərnişin xilas edilib.
Həmçinin, Nizami rayonunda bağlı qapı arxasında aşkar olunan 1957-ci il təvəllüdlü Həşimov Yusif Altəhmasib oğlunun və Tovuz rayonunda yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan minik avtomobilindən çıxarılan sürücü 1996-cı il təvəllüdlü Alıyev Sərxan Mikayıl oğlunun meyitləri aidiyyəti üzrə təhvil verilib.