8 Fevral 2022 13:41
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pensiya yaşının azaldılması ilə bağlı məsələ gündəmdə deyil.

Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov pensiyaların indeksləşdirilərək artırılması və pensiyaçılara maddi yardımın ayrılması ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, araşdırmalar göstərir ki, orta uzunömürlülük 70 yaş həddinin üzərindədir: "Dünya təcrübəsini, real demoqrafik yaş həddini nəzərə alsaq, pensiyalarda yaş həddinin azaldılması nəzərdə tutulmur".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər