Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar şəhid ailələri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Bayraqdar tviterdə yazıb:
“Bakıdakı son günümüzdə Azərbaycan Türkiyə Təqaüdləri məzunları və və şəhid ailələri ilə bir araya gəldik. Xaricdəki Türklər və Qohum Topluluqlar rəhbərliyinə və bu mənalı tədbirdə əməyi olan hər kəsə təşəkkür edirəm. Şəhidlərimizi rəhmətlə yad edir, dəyərli ailələrinə təşəkkürümü bildirirəm”, - o bildirib.