Vəkillər Kollegiyasının üzvü Eleonora Rəcəbova vəfat edib.
Teleqraf.com xəbər verir ki, tanınmış vəkil bu gün 89 yaşında dünyasını dəyişib.
Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının müdiri, zəngin təcrübəyə malik vəkili Eleonora Rəcəbova 6 aprel 1933-cü ildə Bakı şəhərində anadan olub.
1951-ci ildə Bakı şəhəri 66 saylı orta məktəb bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1955-ci ildə oranı bitirib.
Həmin ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub və vəkil kimi fəaliyyət göstərmək üçün Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasına təyinatla göndərilib.
Əvvəlcə qısa müddət stajçı kimi, daha sonra peşəkar vəkillik fəaliyyətinə başlayıb.
Rəcəbova Eleonora Viktorovna 1989-cu ildə Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının müdir müavini, 1994-cü ildə isə həmin məsləhətxananın müdiri təyin edilib.
1995-2004-cü illər ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, 2005-2010-cu illərdə Vəkillərin İxtisas Komissiyasının və Hakimlərin Seçki Komitəsinin üzvü olub.
2008-ci ildə “Vəkillər Kollegiyasının Fəxri Vəkili” adına layiq görülüb.
Allah rəhmət eləsin.