8 Fevral 2022 17:19
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Teleqraf.com xəbər verir ki, Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Xaçmaz rayonunda təşkil olunacaq.

"Azəriqaz" İB-nin rəhbər şəxsləri Xaçmaz şəhəri, Çənlibel parkı, Bayraq muzeyinin qarşısında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” fevralın 10-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər