8 Fevral 2022 18:00
333
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Şamaxı rayonunun çətin relyef şəraitində yerləşən Zarat Xeybəri kəndində baş tutub.

Teleqraf.com xəbər verir ki, görüş zamanı "Azəriqaz" İB-nin, habelə Şamaxı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri kənd sakinlərinin problemlərini dinləyiblər.

Aksiya iştirakçılarına indiyədək keçirilən "Açıq mikrofon" aksiyaları zamanı ünvanlanan müraciətlərin həlli istiqamətində görülən işlər barədə məlumat verilib. Kənd sakinləri dəniz səviyyəsindən 2430 metr hündürlükdə, rayon mərkəzindən 45 km kənar ərazidə yerləşən, qış aylarının daha sərt keçdiyi bu kənddə təbii qazın olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar.

Çıxış edənlər alternativ yanacaq mənbəyi kimi odunla bağlı da problemlərinin olduğunu, kəndin meşə zolağından kənar ərazidə yerləşdiyini bildirərək mavi yanacaqla təmin olunmalarını xahiş ediblər. Aksiya iştirakçılarına ünvanladıqları bütün müraciətlərin Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunacağını, sözü gedən kəndin qazlaşdırılması ilə bağlı qərarın Birlik rəhbəri tərəfindən veriləcəyi bildirilib.

Məlumat üçün bildirək ki, Şamaxı rayonunun 53 kəndinin, 47-i təbii qazla təmin edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər