Bu il fevralın 21-də Bakıda Azərbaycan-Udmurtiya biznes forumu keçiriləcək.
Teleqraf.com xəbər verir ki, forum Rusiya Federasiyası Udmurtiya Muxtar Respublikasının nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutacaq.
Tədbirdə dövlət qurumlarının, ictimai təşkilatların, təhsil müəssisələrinin nümayəndələri və iş adamları iştirak edəcəklər.
Rusiyanın bu regionunu təmsil edən şirkətlər neft-qaz, dəmir yolu və tikinti sahəsi üçün avadanlıq, kimya sənayesi məhsulları, mebel, süd məhsulları, qablaşdırmalar, iş proseslərinin avtomatlaşdırılması üçün proqram təminatı və digər işlər üzrə təklif etməyi planlaşdırır.
Bundan başqa, Udmurtiyanın ali təhsil müəssisələrinin nümayəndələri azərbaycanlı şagirdləri Rusiyada təhsil almağa dəvət etmək və təhsil xidmətləri sahəsində təcrübəni bölüşmək niyyətindədirlər.