9 Fevral 2022 18:25
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün hər kəsi narahat edən bir cinayət hadisəsinin ağır nəticəsini eşitdik. Dünyaya uşaq gətirən 15 yaşlı qız körpəsi ilə birlikdə vəfat etdi. Araşdırmalar nəticəsində məlum oldu ki, həmin bu qız 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olub. Hüquq-mühafizə orqanları lazımi araşdırmaları aparır. Lakin bu, 15 yaşlı qızı, dünyaya yenicə gələn və elə o andaca vəfat edən bir körpəni həyata qaytaracaqmı? Əlbəttə ki, xeyir!

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

Millət vəkili vaxtı ilə Azərbaycanın görkəmli ziyalıları, maarifpərvər insanlarının qadınların təhsil alması, qadınlar arasında savadsızlığın aradan qaldırılması, qadın sağlamlığını önə çəkdiyini bildirib:

“Mütəfəkkirlərimiz qadınların iqtisadi azadlığının təmin olunması, erkən nikah (erkən yaşda evlilik), zorakılıq hallarının qarşısının alınması üçün çalşırdılar. Əfsuslar olsun ki, bu gün də bu məsələlər öz aktuallığını saxlamaqdadır”.

Komitə sədrinə görə, bəziləri isə sanki bu problemləri görmür, “bizdə belə hallar olmur” deyirlər:

“Statistikaya ehtiyac yoxdur. Əgər 1 hadisə baş veribsə, buna görə hər birimiz düşünməliyik, narahat olmalıyıq, əməli addımlar atmalıyıq. Necə edək ki, belə faciələr olmasın? Necə edək ki, qız övladlarına qarşı belə zorakı davranış göstərilməsin? Demək ki, hər birimiz bu məsələdə məsuliyyətimizi dərk etməli, səylərimizi birləşdirməliyik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər