10 Fevral 2022 17:05
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Baş Prokurorluğun Azərbaycan Respublikasının vətəndaşı Mustafayev Röyal Fərman oğlunun ekstradisiyası haqqında vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Şəmkir rayon polis şöbəsinin icraatında olan cinayət işi üzrə R.Mustafayevin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmasına dair əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində 23 aprel 2021-ci ildə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

R.Mustafayev 24 avqust 2021-ci ildə Rusiyada müəyyən edilərək saxlanılıb.

9 fevral 2022-ci ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Röyal Mustafayev Rusiya Federasiyasından Azərbaycana gətirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər