“2022-ci ilin yanvar ayında 14 min 765 ədəd sayğac dəyişdirilib. Bunlardan 10 min 862 ədədi (73 faizi) mexankiki tipli, 3 903 ədədi isə (27 faiz) öncə ödəniş tipli sayğaclardır”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
O qeyd edib ki, fevralın 1-nə olan məlumata əsasən, dövlət yoxlaması müddəti bitmiş sayğaclar 680 min 228 ədəddir: “Bunun 2 255 min ədədini mexaniki tipli, 425 min ədədini isə öncə ödəniş tipli sayğaclar təşkil edir”.