Şəki şəhər rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Rayon sakinləri Rinat Zamanov və Tural Mustafayevin COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin edilib, qaydalar izah olunub.
Buna baxamayaraq həmin şəxslərin yaşadıqları ünvanları tərk etdikləri və digərlərinin də sağlamlığı üçün təhlükə yaratdıqları müəyyən edilib.
Polis əməkdaşları tərəfindən onlar evlərinə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun yaydığı məlumata görə, Bərdə rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Rayon sakini N.Əzizovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.
Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb.
Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və müalicə aldığı ünvana geri qaytarılıb.