12 Fevral 2022 14:03
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Federal Gəlirlər Şurasının Gömrük əməliyyatları üzrə rəhbəri Syed Muhammad Tariq Hudanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Bakı Baş Gömrük İdarəsində, Dövlət Gömrük Komitəsinin Akademiyasında və Kinoloji Mərkəzdə olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli nümayəndə heyətinə qurumun fəaliyyəti barədə məlumat verib: "Xarici ticarət əməliyyatlarının xeyli hissəsinin həyata keçirildiyi baş idarədə bütün əməliyyatlar informasiya texnologiyalarının tətbiqi hesabına həyata keçirilir. Sahibkarlar tərəfindən elektron qaydada təqdim edilən bəyannamələr xüsusi proqram təminatının köməyi ilə qısa zaman kəsiyində tam şəffaf qaydada emal edilir. Yüklərin eyniləşdirilməsi və gömrük nəzarətinin digər zəruri mərhələləri ən müasir texnologiyalardan istifadə olunmaqla həyata keçirilir. Diqqətə çatdırılıb ki, gömrük sistemində son illərdə aparılan islahatlar vətəndaş-məmur təmasının minimuma endirilməsinə, gömrük əməliyyatlarının sadələşdirilməsinə, vaxt və vəsait itkisinin qarşısının alınmasına şərait yaradıb".

Pakistanlı qonaqlarla daha sonra Dövlət Gömrük Komitəsinin Akademiyasında görüş keçirilib.

Akademiyanın rəisi Qulu Novruzov qonaqlara Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranması, tədris prosesi və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib və iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb.

Sonra Gömrük Akademiyasının fəaliyyəti ilə bağlı geniş təqdimat nümayiş etdirilib.

Qonaqlar Dövlət Gömrük Komitəsinin Akademiyasının fəaliyyəti ilə yaxından tanış olub, imtahanların gedişatını izləyiblər. Qeyd olunub ki, Akademiyada bakalavr və magistr hazırlığı ilə yanaşı, gömrük əməkdaşları üçün xidmətə ilkin hazırlıq və ixtisasartırma təlimləri də təşkil olunur, gömrük sahəsində elmi araşdırmaların, tədqiqatların aparılmasına xüsusi önəm verilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər