12 Fevral 2022 17:37
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən "Gənc Liderlər üçün Qış Universiteti"nin üçüncü günü müxtəlif panel müzakirələri ilə davam edib.

Teleqraf.com xəbər verir ki, panellərdə iştirak edən millət vəkili Məzahir Əfəndiyev "Gənc liderlər: Dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasında gənc liderlərin rolu", Jalə Əhmədova "Gənc liderlərin özünü ifadə və etik davranış qaydaları", Könül Nurullayeva "Gənclər siyasəti, gender bərabərliyi və ictimai fəaliyyət", ekspert Əli Hacızadə "İnformasiya müharibəsi - rəqəmsal dünyanın reallığı" mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.

Günün sonunda gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli anlar yaşanıb.

Qeyd edək ki, "Davam" Gənclər Hərəkatı layihənin yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naftalan Şəhər İcra Hakimiyyətinə öz təşəkkürünü bildirir.

Layihənin məqsədi gənc liderlərin kəşf edilməsi, onların intellektual inkişafına nail olmaq, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.


Müəllif: Səxavət

Oxşar xəbərlər