Bakıda koronavirusa görə distant tədrisə keçən 287 nömrəli "Zəkalar" liseyi və 320 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.
Bu barədə Teleqraf.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.