15 Fevral 2022 09:57
318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha bir məktəb əyani tədrisə qayıdıb.

Bu barədə Teleqraf.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, 188 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib: "Məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb. Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər