15 Fevral 2022 14:48
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirovun barəsində həbs qərarı çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə Eldar Əmirov 30 sutka həbs olunub.

Eldar Əmirov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Eldar Əmirov barəsində çoxsaylı şikayətlər olub.

Şikayətlərə əsasən, Eldar Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlı olduğu deyilir. İddia olunur ki, o, pulla işə adam düzəldirmiş.

Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş Ramiz Mehdiyevin baldızı oğludur. O, Ramiz Mehdiyevin köməkçisi də olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər