Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, həmçinin aidiyyəti məhkəmələr tərəfindən "8 Noyabr -Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin 5 noyabr 2021-ci il tarixli Qərarı 12570 nəfərə tətbiq edilib.
Bu barədə Teleqraf.com-a Ədliyyə Nazilriyindən bildirilib.
Onlardan - 5009-u Penitensiar, 6759-u Probasiya xidmətləri tərəfindən tətbiq edilmiş, Amnistiyanın tətbiqi nəticəsində 8138 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 3630 nəfərin isə cəzası azaldılıb.