9-13 fevral tarixlərini əhatə edən və 70 gəncin iştirak etdiyi "Gənc Liderlər üçün Qış Universiteti" başa çatıb.
Teleqraf.com xəbər verir ki, ümumilikdə 7 millət vəkili, 5 ekspert, 4 təlimçi layihənin qonağı olub.
"Davam" Gənclər Hərəkatının ilk "Qış Universiteti"nin yekunu ilə əlaqədar olaraq "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı layihə iştirakçıları ilə görüşüb, onları layihəni uğurla başa vurmaları münasibəti ilə təbrik edib, fikir və təkliflərini dinləyib. Sonda isə bütün iştirakçılar sertifikatla təltif olunub.
"Gənc Liderlər üçün Qış Universiteti" Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilib.
"Davam" Gənclər Hərəkatı layihənin yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Naftalan Şəhər İcra Hakimiyyəti, Naftalan şəhər polis şöbəsi, “Badamlı” təbii mineral süfrə suyu, "Az-Granata" şirkəti, “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Azərçay” brendinə təşəkkür edib.