17 Fevral 2022 09:49
307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün toylara görə 4 nəfər cərimələnib, 146 nəfər şənliyə buraxılmayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 78 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 75 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 146 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər