17 Fevral 2022 14:59
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Bakıda 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etiraz ediblər. Məsələ ilə bağlı nazirlikdə təcili iclas keçiriləcəyi ilə bağlı xəbər yayılmışdı.

Nazirlikdən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, yolu bağlayan yük avtomobillərinə görə heç kim işdən azad edilməyib:

"Yayılan xəbər həqiqəti əks etdirmir. Nə DANX rəisi Anar Rzayev, nə də qurumun şöbə müdiri Malik Əliyev işdən çıxarılmayıb”.

13:07
***

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib.

Teleqraf.com xəbər verir ki, iclasda nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər.

Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb.

Qeyd edək ki, gecə saatlarından etibarən Bakıda 4 yük maşını Heydər Əliyev prospektində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyevə etiraz olaraq yolu bağlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər