21 Noyabr 2014 15:09
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisad Universiteti III Avrasiya Sosial Elmlər Forumunda iştirak edib

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən III Avrasiya Sosial Elmlər Forumunda iştirak edib.

ADİU-nun Marketinq və Kommunikasıya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, ADİU, Türkiyə Respublikası Hacettepe Universiteti, Qazaxıstan Respublikası Ahmet Yesevi Universiteti və Qırğızıstan Respublikası Manas Univeritetinin birgə təsisçiliyi ilə yaranan forumun builki mövzusu “Avrasiya Regionunda İqtisadi İnteqrasiya Axtarışları” olub.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, ABŞ və Rusiya elm adamlarının, rektorlar, ictimai-siyasi xadimlər və mətbuat nümayəndələrinin iştirak etdiyi Forumun açılışında ADİU-nun rektoru Ədalət Muradov çıxış edərək Forumun əhəmiyyətini vurğulayıb və iqtisadi inteqrasiya proseslərinin tədqiqinin bir sıra nəzəri-konseptual problemlərinə aydınlıq gətirib.

Forumun bölmə iclaslarında 7 ölkədən 46 elmi məruzə dinlənilib. Forumun sonunda IV Avrasiya Sosial Elmlər Forumunun gələn il Qırğızıstanın Manas Universitetinin təşkilatçılığı ilə Bişkek şəhərində keçirilməsinə qərar verilib.

Qeyd edək ki, Avrasiya Sosial Elmlər Forumunun ilk iki iclası Bakıda, ADİU-da keçirilib.

NİGAR


Müəllif: