Prezident İlham Əliyevin sərəncamı ilə siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Rüstəm oğlu Nağıyev Bakı Slavyan Universitetinin rektoru təyin edilib.
Teleqraf.com xəbər verir ki, Anar Nağıyev 2021-ci ilin iyunun 24-dən BSU-nun rektoru vəzifəsini müvəqqəti icra edib.
O, həm də Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyir.
Bundan başqa, 5 iyul 2013-cü il tarixindən 2017-ci ilədək Azərbaycan Dİllər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı vəzifəsini icra edib.