18 Fevral 2022 13:38
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Manaf Ağayev və Sənan Hüseynov 15 sutka həbs edilib.

Teleqraf.com-un xəbərin görə, bununla bağlı məhkəmə qərar çıxarıb.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad olunmuş ərazilərə səfərini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş S.Hüseynov polis idarəsinə dəvət ediliblər.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad edilmiş ərazilərə qanunsuz yolla daxil olublar. Hər iki şəxsin izahatları alınıb və onlar saxlanılıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər