Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin yeni başçısı Coşqun Cəbrayılov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov kollektivə təqdim edilib.
Teleqraf.com xəbər verir ki, icra başçılarını kollektivə Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.
Tədbirlərdə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Z.Nağdəliyev təqdimatlarda çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
Yeni icra başçıları onlara göstərilən etimada görə minnətdarlığını bildiriblər.