21 Noyabr 2014 15:47
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-2015 tədris ilin dərsləri 31 may 2015-ci ildə başa çatacaq

Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq, dərs ilinin artırılması ilə bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklik etməsinə baxmayaraq, dərs ili uzadlılmayacaq.

Xatırladaq ki, dəyişikliyə əsasən ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatmalı idi.

Teleqraf.com-a Təhsil Nazirliyindən verilən xəbərə görə, Nazirlər Kabinetinin 30 oktyabr 2014-cü il tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dərs ilinin müddəti ilə bağlı qəbul edilən normativ akt çərçivə sənədi olduğundan dərs ilinin nə vaxtdan uzadılacağı nazirliyin səlahiyyətlərinə daxildir: “Nazirlər Kabinetinin qərarı dərs ili başlandıqdan sonra qəbul edildiyi üçün cari tədris ilində dərslər mayın 31-də başa çatacaq”.

Nazirliyin əməkdaşı Cəsarət Valehov ANS televiziyasına isə bildirib ki, tədris ilinin müddətinin uzadılması qərarının ləğvi 2015-ci ildə Bakıda keçiriləcək I Avropa oyunları ilə əlaqədardır.

NİGAR


Müəllif:

Oxşar xəbərlər