23 Fevral 2022 12:35
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mart ayının ilk yarısından Müdafiə Nazirliyinin verəcəyi siyahı üzrə də "Müharibə veteranı" təqaüdünün verilməsinə başlanıla bilər.

Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, statusun hansı dövrdə təsdiq olunmasına baxmayaraq, şəxslərə təqaüd yanvardan hesablanır.

“Bu ay ərzində Müdafiə Nazirliyi üzrə şəxslərin siyahısının verilməsini gözləyirik. Yeganə qalan qurum onlardır və ən çox kontingent də həmin qurumdadır", - deyə S.Babayev əlavə edib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edir. İndiyə qədər altı qurum üzrə "Müharibə veteranı" statusu təyin edilib. Onlara aylıq təqaüdün verilməsinə başlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər