25 Fevral 2022 13:05
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan vətəndaşları Moldova sərhəddindən keçməklə Ukraynanı tərk edə bilərlər”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib.

Məlumata görə, dünən və bu gün ərzində 199 Azərbaycan vətəndaşı Ukrayna-Moldova sərhəddi vasitəsilə Ukraynanı tərk edib.

Bütün vətəndaşlara səfirliklə əlaqə saxlamaq, həmçinin hərbi qüvvələrdən və obyektlərdən uzaq olmaq, evdə və ya təhlükəsiz yerdə qalmaq, səfərlərdən çəkinmək tövsiyə olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər