25 Fevral 2022 14:13
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci il ərzində keçiriləcək imtahanların tarixləri Nazirlər Kabineti yanında Operativ Qərargahla da razılaşdırılıb və hər hansı gözlənilməz dəyişiklik olmazsa, imtahanlar təqdim olunan qrafik əsasında keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə 2022-ci ildə olan imtahanlar, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun başlanması ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də 2 dəfə cəhd etmək imkanının verilməsi nəzərdə tutulur:

"III qrup üzrə ilk imtahan 21 may, II qrup üzrə 22 may, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək. 5 iyunda IV qrup üzrə də imtahan keçiriləcək. II cəhd üzrə imtahanlar isə III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində keçiriləcək. Cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər".

M.Abbaszadə qeyd edib ki, hazırda buraxılış imtahanlarında cari ilin məzunları iştirak edirlər.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə 2022-ci ildə olan imtahanlar, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun başlanması ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əvvəlki illərin məzunları iki kateqoriyaya bölünür:

"Keçən ilin məzunlarının buraxılış imtahanlarında topladıqları ballar keçərlidir, qaydalara uyğundur. Həmin məzunlar bu il buraxılış imtahanlarında istəklərinə əsasən iştirak etməyə bilərlər. Lakin ondan əvvəlki illərin məzunları mart ayının 4-dən 17-dək abituriyent olaraq qeydiyyatdan keçib, buraxılış imtahanlarında iştirak etməlidirlər. Əvvəlki illərin məzunları orta ixtisas məktəblərinə, yaxud da 5-ci ixtisas qrupuna qəbul olmaq istəyirlərsə, onlar da bu imtahanlarda iştirak etməlidirlər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər