Buraxılışı imtahan keçirilən gün adı rəsmi olaraq məlumat bazasında olan abituriyentlər üçün aprel ayında imtahanlar təşkil olunacaq.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə 2022-ci ildə olan imtahanlar, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun başlanması ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, COVID xəstəsi olduğunu iddia edib, adı sistemdə olmayan abituriyentlərə təkrar imtahanlar təşkil olunmayacaq.