Şuşa şəhəri müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşacaq.
Teleqraf.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planında Xarici İşlər Nazirliyinə 2022-ci ildə Şuşa şəhərinin müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşmış şəhər statusu alması ilə bağlı müvafiq işlərin həyata keçirilməsi tapşırılıb.
Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi isə 2022-ci il ərzində UNESCO Assosiativ Məktəblər Şəbəkəsinə (ASPnet) üzv olan məktəblərin, “Qardaşlaşmış məktəblər” təşəbbüsünə qoşulmuş yerli və xarici ümumtəhsil müəssisələrinin “Şuşa İli” ilə bağlı birgə tədbirlərinin keçirilməsini təmin etməlidir.