Yaxın tariximizin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bu gün Bakının Xətai rayonundakı "Ana harayı" abidəsi ziyarət olunur.
Teleqraf.com ziyarət mərasimindən fotoları təqdim edir.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib.
Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülən 1275 nəfərdən 197-nin taleyi indiyədək məlum deyil.
Qırx dörd günlük Vətən müharibəsinin böyük Qələbə ilə başa çatması, Qarabağın işğaldan azad olunması nəticəsində şəhidlərimizin, eləcə də Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmayıb, qisası alınıb.