Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 512 yeni yoluxma faktı qeydə alınıb, 3 698 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 784 260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 761 590 nəfər müalicə olunaraq sağalıb, 9378 nəfər vəfat edib, aktiv xəstə sayı 13 292 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 122, ötən müddət ərzində isə 6 543 255 ümumilikdə test aparılıb.