Bakı Dövlət Universitetində (BDU) kafedra müdiri seçkiləri başa çatıb, 50 kafedraya yeni müdir seçilib.
Teleqraf.com xəbər verir ki, bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva bildirilib.
Qeyd olunub ki, seçkilər Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na uyğun olaraq səsvermə yolu ilə keçirilib./Report/