Ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı Nazirliyə olan müraciətlərin sayında artım müşahidə olunur.
Teleqraf.com-un məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Nahid Səfərli deyib.
O qeyd edib ki, cari ildə 8000-ə yaxın şəxsin soyad sonluğu milliləşdirilib. Müstəqillik qazandığımız gündən bu günədək isə 1 milyon 200 minə yaxın şəxsin soyad sonluğu dəyişdirilib.