Azərbaycanın Misirdəki səfirliyi Ukrayna ərazisindən Şarm əl-Şeyx və Hurqada kurort mərkəzlərinə istirahətə gəlmiş vətəndaşlarımıza müraciət edib.
Bu barədə Teleqraf.com-a səfirliyin konsulluq şöbəsindən məlumat verilib.
Bildirilib ki, Ukraynadan getmiş və həmin ölkəyə qayıtmaq imkanı olmayan Azərbaycan vətəndaşlarının Vətənə qayıtması üçün bütün tədbirlər görüləcək.
Diplomatik nümayəndəliyimiz onlardan konsulluq şöbəsində fəaliyyət göstərən “qaynar xətt”ə müraciət etməyi xahiş edib.