1 Mart 2022 15:34
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müşahidələr göstərir ki, bəzi hallarda müəllimlər birbaşa uşağın öyrənməsinə xidmət edən fəaliyyətlə deyil, hansısa inzibati işlərlə məşğul olurlar. Müəllimlərimizin bir qisminin zamanın idarə olunması və sinifdənkənar fəaliyyəti tənzimləməklə bağlı təlimlərə ehtiyacı var.

Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illər üçün Dövlət Proqramı ilə bağlı keçirilən brifinqdə deyib.

Məsələyə münasibət bildirən Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev qeyd edib ki, müəllimlərin dərs prosesindəki fəaliyyəti ilə bərabər müəllim-şagird münasibətlərinin də qiymətləndirilməsi nəzərdə tutulur: "Ölkə üzrə ortalama şagird sayı dünya normalarından kənarlaşmayıb. Ola bilər ki, bəzi siniflərdə şagird sayı çoxdur. Amma bu, ümumi normalardan çıxmayıb".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər