1 Mart 2022 16:30
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi tərəfindən 1, 2, 3-cü siniflər üzrə ehtiyat dərsliklər istifadəyə veriləcək.

Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illər üçün Dövlət Proqramı ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, dərsliklər 1-3 il müddətində hazırlanıb, istifadəyə verilir: "Bəzən dərsliklərdə səhvlər olanda birbaşa Təhsil Nazirliyinin üzərinə yüklənirlər. Təhsil Nazirliyi bütün dərslikləri çap etməzdən əvvəl ictimai müzakirəyə təqdim edir".

Nazir qeyd edib ki, dilin saflığı baxımından dərsliklərdə sadələşdirilməyə ehtiyac var: "Fikrimcə, bu baxımdan məzmuna yenidən baxmalıyıq. Bu isə ictimai iştirakçılıq əsasında təkmilləşdirilməlidir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər