Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 832 yeni yoluxma faktı qeydə alınıb, 2 329 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 786 502 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 767 702 nəfər müalicə olunaraq sağalıb, 9 438 nəfər vəfat edib. 9 362 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 865, bu günə qədər isə ümumilikdə 6 563 829 test icra olunub.